![]()
“Gənclər Paytaxtı”mız Lənkəran şəhərinin Heydər Əliyev Parkında “I Ləvəngi Festivalı” keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi tədbir böyük maraqla qarşılanıb. Cənub bölgəsinin ən məşhur yerli təamı olan ləvənginin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması məqsədilə təşkil olunan festivalda ləvəngidən hazırlanmış müxtəlif növ yeməklər nümayiş etdirilib və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən hər biri qiymətləndirilib, qaliblərə diplomlar təqdim olunub.





Subyekt.az