
“Sağlam Həyat Uğrunda “-Gənclərin İctimai Birliyi, Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, 1 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsinin, Lənkəran şəhər Viravul kənd 2 saylı tam orta məktəbin tərəfdaşlığı ilə “Sağlam Gənc : Region Gənclərinin Maarifləndirmə Marafonu” adlı layihə keçirdi.
Subyekt.az xəbər verir ki, Tədbiri məktəbin direktoru Araz Babayev açıq elan edərək, şagirdlərə uğurlar arzu edib. Daha sonra Layihə koordinatoru Gülnar Nəsibli çıxış edərək, ekoloji problemlər və iqlim dəyişikliyinin yerli və qlobal təsirləri barədə, tullantıların düzgün idarə olunması, həmçinin təkrar emalın əhəmiyyəti və təbiəti qoruma yolları mövzularında maarifləndirici məlumatlar verib.
1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı, “Yaşıl dünya naminə” kitabının müəllifi ekoloq Bəxtiyar Hüseynov çıxış edərək qeyd edib ki, ekoloji maarifçilik ətraf mühitin qorunmasına dair biliklərin artırılmasına, təbii resurslardan düzgün istifadənin təşviqinə xidmət edir. Region gəncləri üçün ekoloji marafonlar onların bilik və bacarıqlarını inkişaf etdirməyə, həmçinin ekoloji problemlərin həllinə yönəlmiş fəaliyyətlərdə iştiraklarını artırmağa imkan yaradır.
Bəxtiyar Hüseynov qeyd edib ki, bu cür maarifləndirici tədbirlər ekoloji biliklərin artırılması və gənc nəslin ekoloji şüurunun formalaşmasına töhfə vermək məqsədi daşıyır. Bu kimi tədbirlərin davamlı olaraq keçirilməsi ekoloji dəyərlərin cəmiyyətə aşılanmasına və yaşıl gələcəyin qurulmasına xidmət edəcəkdir.
Tədbir çərçivəsində məktəb direktoru Araz Babayev , ekoloji problemlərlə bağlı fikirlərini bölüşüb. Tədbir iştirakçıları ətraf mühitin qorunmasına dair maarifləndirici materiallarla tanış olub və ekoloji təmiz həyat tərzinin təşviq edilməsi istiqamətində müxtəlif təşəbbüslər irəli sürüblər.
Həmçinin, maariflandirici bukletlər paylanılıb. Sonda şagirdlərlə xatirə şəkilləri çəkilib.
#LənkəranAstaraRTİ
#LənkəranViravul2saylıməktəb
#AzərbaycanGənclərvəİdmanNazirliyi
#EkologiyatəbiisərvətlərNazirliyi
Subyekt.az