![]()
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov vəzifəsindən azad olunub.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Elnur Məhərrəmov FHN-in Bakı Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.
Xatırladaq ki, bu ilin mart ayında müəmmalı səbəblərdən FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov vəzifəsindən kənarlaşdırılıb. O, bir neçə gün əvvəl 4 aylıq sərəncama götürülüb.
Subyekt.az