![]()
İşğaldan azad edilmiş ərazilərdə əhalinin məskunlaşmasının təmin edilməsi, sakinlərin sosial rifahının yüksəldilməsi və tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Bu çərçivədə Kəlbəcər rayonuna köçürülən sakinlərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, xəstəliklərin erkən mərhələdə aşkarlanması, profilaktik müayinələrin aparılması və zəruri tibbi xidmətlərin yaşayış yerində göstərilməsi məqsədilə səyyar tibbi xidmət təşkil olunub.
Səyyar tibbi xidmət çərçivəsində Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim heyəti tərəfindən sakinlərin tibbi müayinələri həyata keçirilib.
Müayinələr zamanı terapevt, pediatr, mama-ginekoloq və dermatoloq tərəfindən vətəndaşların sağlamlıq vəziyyəti qiymətləndirilib, müraciətlər dinlənilib, müvafiq tibbi məsləhət və tövsiyələr verilib.
Səyyar tibbi xidmətin əsas məqsədlərindən biri sakinlərin tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, profilaktik tədbirlərin gücləndirilməsi və xəstəliklərin ilkin mərhələdə müəyyənləşdirilməsinə şərait yaradılmasıdır.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda əhalinin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlə təmin olunması istiqamətində müvafiq tədbirlər davamlı xarakter daşıyır.










Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası
Subyekt.az