Yayılan xəbərə görə, koronavirusun yeni variantı – HEC Rusiyaya çatıb. Belə ki, qonşu ölkədə bu ştamla iki yoluxma halı aşkar edilib – Rostov vilayətində və Ufada.
Əlamətləri : HEC-in iki əvvəlki variantın – FLiRT və “Omicron”un birləşməsindən əmələ gələn COVID-19 variantı olduğu bilinir. Əlamətlərə gəldikdə, onlar əvvəlki ştammlara xas olanlara bənzəyir: öskürək, burun axması, baş ağrısı, boğaz ağrısı, qızdırma. Bundan əlavə, qoxu və iştahın itirilməsi, sümük ağrıları, yorğunluq və bütün bədəndə ağrı ola bilər. Virus hücumundan müdafiəni təmin etmək üçün tövsiyələr:
– fərdi qoruyucu vasitələrdən istifadə etmək;
– əllərinizi mütəmadi olaraq sabunla yuyun;
– xəstə insanlarla təmasda olmamağa çalışın;
– otaqları mütəmadi olaraq havalandırın.
Subyekt. az