![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentdə aprel ayı üzrə vətəndaş qəbulunu keçirib.
Subyekt.az xəbər verir ki, Qəbulda hüquqi müdafiə, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və digər sahələrə dair müraciətlər dinlənilib. Qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların həlli ilə bağlı mümkün mexanizmlər izah olunub.
Bildirilib ki, müraciətlər üzrə araşdırmalar aparılacaq, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət ünvanlanacaq.
Komitə sədri vətəndaş müraciətlərinə həssas yanaşmanın parlament fəaliyyətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Qaldırılan məsələlərin icrasına nəzarət ediləcəyi və nəticələrlə bağlı müraciət sahiblərinə məlumat veriləcəyi diqqətə çatdırılıb.
Vətəndaşların problemlərinin birbaşa dinlənilməsi, ictimai institutlarla əlaqələrin gücləndirilməsi və qanunvericilik təşəbbüslərinin praktik əsasda təkmilləşdirilməsi – bütün bunlar qəbulun əsas məqsədi kimi dəyərləndirilib.
Subyekt.az