![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “ARAN Film” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri (2016-2020) olmuş, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin yaradıcılırandan və hazırda Kinematoqrafçılar İttifaqı İdarə heyətinin üzvü olan kinorejissor, tanınmış ictimai və mədəniyyət xadimi Tahir Əliyevə (Tahir Tahiroviçə) 50 illik yubileyi ilə bağlı təbrik məktubu ünvanlayıb.

Təbrikdə vurğulanır ki, Tahir Əliyevin sənət fəaliyyəti Azərbaycan mədəniyyətinin zənginləşməsinə, milli sənət dəyərlərinin qorunub təbliğinə töhfələr verib. Onun rejissorluq fəaliyyəti milli tariximizin və mədəni irsimizin sənədli filmlərlə nəsillərə çatdırılması işində önəmli yer tutur.
Fazil Mustafa Tahir Əliyevin Azərbaycan kino və televiziya sənətindəki, ictimai fəaliyyətdəki xidmətlərini dəyərləndirərək, ona yeni uğurlar, möhkəm cansağlığı və daha böyük sənət sevincləri arzulayıb.
Subyekt.az