
Millət vəkili, Milli Məclisin “İctimai Birliklər və Dini Qurumlar Komitəsi” nin sədri Fazil Mustafa, “Subyekt.az” xəbər saytının yayın həyatına başlamasının birinci ildönümü ilə bağlı saytın qurucu-baş redaktoru Rövşən Hüseynə təbrik məktubu göndərib:
“Hörmətli Rövşən müəllim,
“Subyekt.az” xəbər saytının fəaliyyətə başlamasının birinci ildönümü ilə bağlı Sizi səmimi-qəlbdən təbrik edirəm!
Cəmi bir il ərzində formalaşaraq özünəməxsus mövqe qazanmaq hər bir media orqanı üçün mühüm uğurdur. Bu mənada, “Subyekt.az” ölkənin informasiya məkanına daxil olduğu gündən çevikliyi, cəmiyyətin diqqət mərkəzində olan məsələlərə həssas yanaşması və obyektiv təqdimat tərzi ilə seçilmişdir.
Ənənəvi jurnalistika dəyərlərini qorumaqla yanaşı, müasir çağırışlara adekvat cavab verməyi qarşısına məqsəd qoyan “subyekt.az”ın fəaliyyətində ictimai birliklər, dini qurumlar, eləcə də vətəndaş cəmiyyəti institutları ilə bağlı məsələlərin işıqlandırılması ayrıca təqdirəlayiqdir.
Əminliklə deyə bilərik ki, bir illik fəaliyyətiniz cəmiyyətə faydalı olmaq yolunda önəmli bir başlanğıcdır və gələcəkdə daha böyük uğurların təməlidir.
Bu münasibətlə Sizi Milli Məclisin
İctimai birliklər və dini qurumlar komitəsi adından bir daha təbrik edir, portalınıza və bütün yaradıcı heyətinizə davamlı inkişaf, geniş oxucu auditoriyası və peşəkar fəaliyyətinizdə uğurlar arzulayıram” !
Biz də Subyekt.az kollektivi olaraq, Milli məclisin deputatı Fazil müəllim Mustafaya dərin təşəkkürümüzü bildiririk.
Subyekt.az