Bakıda kişi özünü binadan ataraq intihar edib. Verilən məlumata görə, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində, “Qobu Park-2” yaşayış kompleksində baş verib. 47 yaşlı S. Quliyev binanın 10-cu mərtəbəsində yaşadığı evin mətbəxinin pəncərəsindən özünü atıb. Nəticədə kişi aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Subyekt.az