Kiber üsullarla törədilən cinayətlərdən vətəndaşlarımızın zərər görməməsi üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər davam etdirilir. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları da bu tədbirlər çərçivəsində kibermaarifləndirmə işinin daha da gücləndirilməsi məqsədi ilə bankomatların, ödəmə terminallarının ətrafında, mağazalarda, eləcə də digər ictimai iaşə obyektlərində məlumatverici lövhələr quraşdırıblar. Həmçinin, sakinlərlə profilaktik söhbətlər apararaq internet resursları üzərindən dələduzluq və oğurluq əməlləri törədən şəxslərin ən çox istifadə etdikləri üsullar barədə onları məlumatlandırıblar. Polis əməkdaşları kibercinayətkarlıq halları ilə üzləşdikləri təqdirdə vətəndaşları diqqətli olmağa çağırıb və polisə məlumat vermələrini tövsiyə ediblər.
Subyekt.az