![]()
Litva Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus ilə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova arasında görüş keçirilib
Litva Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahını ziyarət edərək, təşkilatın prezidenti professor Aktotı Raimkulova ilə görüşüb.
Görüşdə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən zəngin türk mədəni irsinin qorunması və təşviq edilməsi istiqamətində həyata keçirilən layihələr, 2021-ci ildə Fond və Litva Respublikası arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində davam edən iş birliyi və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Professor Aktotı Raimkulova Fondun fəaliyyətinin yalnız Türk ölkələrini əhatə etmədiyini, eyni zamanda onun hüdudlarından kənara çıxaraq, Litva, Polşa, Rumıniya və digər dövlətlərdə yaşayan türk kökənli xalqların mədəni irsinin qorunması və təbliğ edilməsinə yönəlmiş işlər gördüyünü xüsusi qeyd edib.
Səfir təmsil etdiyi ölkənin Fond ilə əməkdaşlıqda maraqlı olduğunu, 700 ildən artıq Litva ərazisində yaşayan tatar və karaimlərin qədim mədəni irsə malik olması və bu irsin indiyədək qorunub-saxlanılmasına dövlət tərəfindən xüsusi diqqətin yetirildiyini vurğulayıb.
Bu xüsusda, Fond ilə ikitərəfli layihələrin icra edilməsi, o cümlədən Litvadan olan türk kökənli xalqların da müxtəlif tədbirlərə dəvət edilməsi barədə fikir mübadiləsi aparılıb.

.

.

.

.

.

Subyekt.az