![]()
Rusiyanın şərqində, Kamçatka sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 187 min nəfərin yaşadığı Petropavlovsk-Kamçatski şəhərindən 140 km şərqdə yerləşib. Zəlzələnin ocağı 35 km dərinlikdə olub. Zərərçəkənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.