![]()
Azərbaycan Gənclər və İdman Nazirliyinin, Kikboks Federasiyasının və Xüsusi Təyinatlı Qüvvə İdman Klubunun təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş kikboksinq üzrə açıq çempionat keçirilib. Subyekt.az xəbər verir ki, Sərhədçi İdman Kompleksində keçirilən turnirdə 450 idmançı iştirak edib. 37 kilo çəki dərəcəsində 12 yaşlı Rafiq Ağazadə qalib gələrək qızıl medal qazanıb və xüsusi diploma layiq görülüb. Əslən Kəlbəcər rayonundan olan Rafiq Ağazadə RM İdman Klubunun idmançılarındandır və məşqçisi 5 qat dünya, 4 qat Avropa çempionu Tural Cavadovdur. Onu da qeyd edək ki, RM İdman Klubu sözügedən yarışda idmançılarının qazandığı medalların sayına görə kubokla təltif olunub.


Subyekt.az