![]()
Bu gün Bakı şəhəri, Azadlıq prospektində “Kəlbəcər Balı – Balland | Arı Məhsulları” mağazasının rəsmi açılış mərasimi keçirilib.
Subyekt.az xəbər verir ki, Açılış tədbirində bal və arıçılıq məhsulları sahəsində fəaliyyət göstərən mütəxəssislər, media nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər. Mağazada Kəlbəcər bölgəsinə məxsus yüksək keyfiyyətli, tam təbii bal və müxtəlif arı məhsulları alıcılara təqdim olunur.
Tədbirdə çıxış edən “Balland” brendinin nümayəndələri yerli istehsalın, xüsusilə zəngin flora və faunaya malik Kəlbəcər bölgəsi məhsullarının tanıdılması və təşviqinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, bu cür təşəbbüslər həm sağlam qidalanmanın təşviqinə, həm də yerli sahibkarlığın inkişafına mühüm töhfə verir.
Açılış mərasimi çərçivəsində qonaqlar məhsullarla yaxından tanış olub, dequstasiya edərək Kəlbəcər balının unikal dadı və yüksək keyfiyyəti barədə ətraflı məlumat əldə ediblər.
“Balland – Kəlbəcər Balı | Arı Məhsulları” mağazasının fəaliyyətinə uğurlar arzulayır, bu təşəbbüsün uzunömürlü olacağına inanırıq.























Rövşən Hüseynli
Subyekt.az