![]()
Kəlbəcər rayonunda təbiətə qarşı davam edən qanunsuzluqlar narahatlıq doğurur. 26 oktyabr tarixində Mozqaraçanlı kəndində ağacların qanunsuz şəkildə kəsilməsi barədə Subyekt.az tərəfindən yayımlanan xəbərdən sonra bu dəfə Nadirxanlı kəndində oxşar mənzərə müşahidə olunub.
Redaksiyamıza daxil olan məlumatlara və video görüntülərə əsasən, Nadirxanlı kənd ərazisində Qoz ağaclarının motorlu mişarlarla doğranması faktı qeydə alınıb. Bu hal Kəlbəcərin nadir meyvə və qoz ağaclarının, bütövlükdə meşə ekosisteminin ciddi təhlükə altında olduğunu göstərir.
“odun yanacağı” bəhanəsi ilə meşələri məhv etməsi qanunsuzluq və məsuliyyətsizlik nümunəsidir.
Redaksiya bildirir ki, bu kimi hallar Kəlbəcər ərazisində nəzarətsizlik və hüquqi boşluq görüntüsü yaradır. Əgər sakinlərin yurdlarına qayıdışı tam baş verməmişkən bu cür hallara yol verilirsə, gələcəkdə vəziyyətin daha da ağırlaşacağı istisna deyil.
“Bu, sadəcə ağac qırıntısı deyil – təbiətə qarşı cinayətdir”
“Kəlbəcərin meşələri Azərbaycanın milli sərvətidir. Onların qorunması dövlət və vətəndaş məsuliyyətidir. Ağacların qanunsuz şəkildə kəsilməsi, xüsusilə nadir və meyvə ağaclarının məhv edilməsi sadəcə qanun pozuntusu deyil – təbii soyqırımdır.
Biz bu məsələnin ciddi araşdırılmasını və təqsirkar şəxslərin qanun qarşısında cavab verməsini tələb edirik.”
Redaksiya aidiyyəti qurumlara çağırış edir:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Daxili İşlər Nazirliyi,
Kəlbəcər Xüsusi Nümayəndəliyi
bu məsələ ilə bağlı birgə monitorinq aparmalı,
qanunsuz ağac kəsənlərə qarşı qanunvericilikdə nəzərdə tutulan ən sərt tədbirlər görülməlidir.
Kəlbəcərin meşələri, suyu, havası təkcə bir rayonun deyil – bütün Azərbaycanın gələcəyidir.
Bu gələcəyi qorumamaq, gələcək nəsillərin haqqına girmək deməkdir.
Rövşən Hüseynli
Kəlbəcər
Subyekt.az