![]()
Kəlbəcər təbiəti bu dəfə də gözlənilməz və maraqlı görüntülərlə gündəmə gəlib. Rayonun dağlıq-meşəlik ərazisində təsadüfən kameralara tuş gələn vaşaq görüntüləri sosial şəbəkələrdə geniş maraq doğurub.
Görüntüləri sosial media hesabında paylaşan Şəmsəddin Məmmədovun sözlərinə görə, kadrlar onun bölgədə apardığı müşahidələr zamanı qeydə alınıb. Kadrlarda nadir yırtıcının sakit şəkildə ərazidə hərəkət etdiyi açıq şəkildə görünür.
Mütəxəssislər hesab edir ki, bu cür görüntülər Kəlbəcərdə biomüxtəlifliyin qorunduğunu və heyvanların öz təbii mühitinə qayıtdığını göstərən vacib faktorlardandır. Xüsusilə də vaşaq kimi az rast gəlinən növlərin müşahidəsi ekosistemin sağlamlığından xəbər verir.
Subyekt.az bildirir ki, sözügedən görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və bölgənin təbiətinə diqqəti bir daha artırıb.
#Kəlbəcər #Flora #Fauna #Vəhşitəbiət #Vaşaq
Subyekt.az