![]()
Kəlbəcər rayonunda “Dövlət idarəçiliyinin yerli səviyyədə həyata keçirilməsi, konstitusiya prinsiplərinin tətbiqi və dövlət suverenliyinin möhkəmləndirilməsi” mövzusunda dəyirmi masa keçirilib.
Subyekt.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutan tədbir Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin və Kəlbəcər rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Əsas məqsəd konstitusiya prinsiplərinin təbliği, dövlət siyasətinin yerli səviyyədə effektiv icrası, vətəndaş rifahına yönəlmiş fəaliyyətlərin koordinasiyası olub. Dəyirmi masada Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, eləcə də DİN, DMA, Əmlak Məsələləri Dövlət Xidməti, “Azərişıq” ASC, ADSEA, KOBİA, “DOST” Agentliyi və digər qurumların nümayəndələri iştirak ediblər.
Diqqətə çatdırılıb ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik ənənələrinin, hüquqi idarəetmə prinsiplərinin və milli suverenliyin daha da möhkəmləndirilməsinə yönəlmiş mühüm təşəbbüsdür.
Həmçinin ictimai asayişin qorunması, qanunçuluğun təmin edilməsi, vətəndaş təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, eləcə də rayonda məşğulluğun artırılması, gənclərin və qadınların əmək bazarına inteqrasiyası istiqamətində həyata keçirilən layihələrdən də bəhs edilib.
Sonda vurğulanıb ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bu kimi tədbirlər konstitusiya dəyərlərinin təbliğinə, dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verir.






#ŞərqiZəngəzur #Böyükqayıdış #Kəlbəcər
Subyekt.az