![]()
İşğaldan azad olunmuş Kəlbəcər rayonunda ilk dəfə rəsmi vətəndaş qəbulu təşkil olunacaq. Bu addım bölgədə dövlət idarəçiliyinin bərpası və vətəndaş-məmur münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Subyekt.az xəbər verir ki, Bu barədə Elxan Salahov paylaşım edib. “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin aprel ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə əsasən, Rəşad Nəbiyev — rəqəmsal inkişaf və nəqliyyat naziri — 24 aprel 2026-cı il tarixində Kəlbəcər şəhərində rayon sakinlərini qəbul edəcək. Bununla da müvafiq nazirlik işğaldan azad olunmuş ərazilərdə rəsmi vətəndaş qəbulu keçirən ilk mərkəzi icra hakimiyyəti qurumlarından biri kimi tarixə düşəcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Bunun üçün +99410-250-48-48 nömrəsi ilə əlaqə saxlamaq və ya “WhatsApp” vasitəsilə müraciət etmək mümkündür.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində köç prosesi davam edir. Kəlbəcər şəhərinə ilk köç ötən ilin 20 avqust tarixində baş tutub. Hazırda şəhərin yenidən qurulan ilk yaşayış məhəlləsində 135 ailənin məskunlaşması təmin edilib və qayıdış prosesi mərhələli şəkildə davam etdirilir.

Subyekt.az