![]()
03 mart 2026-cı il tarixində 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən İdarənin xidməti ərazisində yerləşən Kəlbəcər rayonu, Kəlbəcər şəhəri Bəhmən Cəfərov adına tam orta məktəbdə “3 Mart – Ümumdünya Vəhşi Təbiət Günü” münasibətilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə məktəbin 6-cı, 7-ci və 8-ci siniflərində təhsil alan ümumilikdə 18 şagird, eləcə də müəllim kollektivi iştirak edib. Görüş zamanı vəhşi təbiətin qorunmasının əhəmiyyəti, biomüxtəlifliyin mühafizəsi, nadir və nəsli kəsilməkdə olan növlərin qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
İdarə əməkdaşları tərəfindən şagirdlərə ətraf mühitə həssas yanaşmanın vacibliyi izah olunub, ekoloji məsuliyyətin formalaşdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb. Tədbir çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd gənc nəslin ekoloji biliklərinin artırılması və təbiətin qorunmasına ictimai həssaslığın gücləndirilməsidir.










Subyekt.az