![]()
Hər il olduğu kimi, bu il də təsərrüfat sahibləri öz arıçılıq təsərrüfatlarını Kəlbəcərin zəngin təbiəti və əlverişli iqlim şəraiti ilə seçilən yaylaqlarına gətiriblər.
Kəlbəcərə səfərimiz çərçivəsində arıçı İsbi Ələsgərovun arıçılıq təsərrüfatında olduq, təsərrüfatın fəaliyyəti ilə tanış olduq. Kəlbəcərin təbii florası və zəngin bitki örtüyü arıçılığın inkişafı üçün əlverişli imkanlar yaradır.
Təsərrüfat sahiblərinin Kəlbəcər yaylaqlarına qayıdışı Böyük Qayıdış proqramının yaratdığı yeni reallıqların mühüm göstəricilərindən biridir. İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə fəaliyyətin bərpası ilə yanaşı, ənənəvi təsərrüfat sahələrinin də yenidən canlandırılması regionun sosial-iqtisadi həyatında mühüm mərhələ təşkil edir.
Kəlbəcərin yaylaqlarında arıçılıq təsərrüfatlarının fəaliyyətinin bərpası həm yerli istehsalın genişləndirilməsi, həm də bölgənin aqrar potensialından səmərəli istifadə baxımından əhəmiyyətlidir.
#BöyükQayıdış #Kəlbəcər
Rövşən Hüseynli
Kəlbəcər
Subyekt.az