![]()
Kəlbəcər rayonunun tanınmış ziyalısı, ömrünü təhsilin inkişafına həsr etmiş Əli Kazımov vəfat edib. Mərhum uzun illər yaşadığı Bakı şəhərində dünyasını dəyişib.

Əli Kazımov Kəlbəcər rayonunun təhsil sistemində onilliklər boyu fədakar fəaliyyəti ilə tanınıb. O, həm müəllim, həm də Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri kimi çalışdığı dövrlərdə rayonda təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin inkişafı və gənc nəsillərin bilikli, vətənpərvər ruhda yetişdirilməsi üçün böyük zəhmət sərf edib.
Onun pedaqoji fəaliyyəti Kəlbəcər ziyalı mühitində yüksək dəyərləndirilib. Əli müəllim həm bilik və təcrübəsi, həm də insani keyfiyyətləri ilə həmkarlarının və şagirdlərinin dərin hörmətini qazanmış, bir çox gənc müəllim üçün örnək olmuşdur.
Əli Kazımovun vəfatı Kəlbəcər ictimaiyyəti üçün böyük itkidir. O, öz ömrünü xalqına, təhsilinə və doğma elinə həsr etmiş ziyalı kimi yadda qalacaq.
Subyekt.az ailəsi olaraq mərhuma Allahdan rəhmət, ailəsinə, yaxınlarına və bütün Kəlbəcər ictimaiyyətinə dərin hüznlə başsağlığı veririk.

Hörmətlə,
Rövşən Hüseynli
Subyekt.az