![]()
Kəlbəcər rayonu Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdləri üçün “Narkomaniya və spirtli içkilərin zərərləri” mövzusunda maarifləndirici söhbət təşkil olunub.
Subyekt.az xəbər verir ki, Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə sağlam həyat tərzi ilə bağlı düzgün təsəvvür formalaşdırmaq, narkotik vasitələrin və spirtli içkilərin insan sağlamlığına, psixologiyasına və sosial həyatına vurduğu zərərlər barədə onları məlumatlandırmaq olub.
Maarifləndirici görüş zamanı şagirdlərə zərərli vərdişlərin yaranma səbəbləri, asılılığın fəsadları və bu kimi hallardan qorunma yolları barədə ətraflı məlumat verilib. İnteraktiv müzakirə şəraitində keçirilən tədbirdə şagirdlərin sualları cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirin təşkilatçısı, biologiya müəllimi Sevil Əliyeva çıxışında bildirib ki, yeniyetmələrin bu kimi mövzularda maarifləndirilməsi onların sağlam gələcəyinin formalaşmasında mühüm rol oynayır və zərərli vərdişlərdən uzaq durmalarına töhfə verir.
Sonda şagirdlərə sağlam həyat tərzinin əhəmiyyəti bir daha vurğulanıb, onları pis vərdişlərdən uzaq olmağa və düzgün seçimlər etməyə çağırış edilib.






#NarkotikəYoxDeyək
#SağlamBədəndəSağlamRuh
#Pisvərdişlərəyoxdeyək
Subyekt.az