![]()
Kəlbəcər rayonu 56 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Rzazadə Sənan Səbuhi oğlu İspaniya Krallığında keçirilən Tumbling üzrə Dünya Çempionatında yüksək nəticə göstərərək qızıl medala layiq görülmüşdür.
Sənan Rzazadənin çıxışı beynəlxalq hakimlər tərəfindən yüksək qiymətləndirilmiş və final mərhələsində göstərdiyi nəticə ona dünya çempionu titulunu gətirmişdir. Gənc idmançının uğuru həm məktəb rəhbərliyi, həm də yerli təhsil ictimaiyyəti tərəfindən böyük qürurla qarşılanmışdır.
Məktəbin pedaqoji kollektivi qeyd edir ki, Sənan Rzazadə idman fəaliyyətindəki nailiyyətlərlə yanaşı, təhsil sahəsində də məsuliyyətli və nümunəvi şagird kimi seçilir. Onun dünya çempionatında əldə etdiyi qələbə Azərbaycan idmanının beynəlxalq arenada tanıdılmasına mühüm töhfə kimi dəyərləndirilir.
Kəlbəcər rayonu 56 nömrəli tam orta məktəbi gənc idmançını təbrik edir, ona gələcək fəaliyyətində yeni uğurlar arzulayır.



Subyekt.az