![]()
Kəlbəcər rayonu ərazisində, İstisu avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində 3 nəfər həyatını itirib. İlkin məlumata görə, qəza zamanı avtomobildə olan şəxslər nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıblar.
Hadisə yerinə cəlb olunan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kəlbəcər rayonunda xidmət aparan əməkdaşları tərəfindən xüsusi xilasetmə tədbirləri həyata keçirilib. Nəticədə həlak olan şəxslərin meyitləri avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qəza nəticəsində həyatını itirən şəxslərin kimliyi müəyyənləşdirilib. Belə ki, ölənlər yük avtomobilinin sürücüsü, Göyçay rayon sakini, 1987-ci il təvəllüdlü Tural İsmayılov, eləcə də sərnişinlər – 1984-cü il təvəllüdlü Vüsal Məhərrəmov və 1995-ci il təvəllüdlü Elvin İsmayılovdur. Onlardan ikisinin Kəlbəcər rayon sakini olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Allah rəhmət eləsin.



Subyekt.az