![]()
Kəlbəcər işğalı zamanı itkin düşmüş Zar kənd İcra nümayəndəsi Bahadur Kamalovun nəşi 33 ildən sonra tapılıb.
Məlumatı sosial şəbəkə hesabında Ənvər Abbasov paylaşıb.
Qeyd edək ki, Kəlbəcər işğalı zamanı Bahadur Kamalov mühasirəyə düşmüş 70 nəfər əsgər və zabitə qoşularaq rayonun müdafiəsində iştirak edib. Həmin döyüşlər zamanı o, itkin düşmüşdü.
33 ildən sonra nəşinin tapılması ilə ailəsinə uzun illərdir davam edən qeyri-müəyyənliyə son qoyulub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaxınlarına və əzizlərinə səbir diləyirik.
Rövşən Hüseynli
Subyekt.az