
“İlin Kitabı” müsabiqəsi “Mücrü” nəşriyyatı tərəfindən 06.01.2024-cü il tarixində təsis edilib. Müsabiqə ildə bir dəfə olmaqla elan edilir. Müsabiqəyə son iki ildə çap edilmiş Azərbaycan dilində olan kitablar buraxılmışdır. Qeyd edək ki, müsabiqədə iştirak ödənişsiz olmaqla, yaş və ərazi məhdudiyyəti olmadan aparılıb.
Müsabiqə iştirakçılarının müəllifi, tərcüməçisi, yaxud tərtibçisi olduğu kitablar fərdi və təşkilat adından qəbul edilmişdir. Müsabiqədə iştirak edən kitablar Müsabiqənin Təşkilat Komitəsi tərəfindən qapalı səsvermə yolu ilə seçilmiş və 10 nominasiya üzrə 1, 2 və 3-cü yerlərə uyğun olaraq qaliblərin siyahısı müəyyənləşdirilmişdir. Xatırladaq ki, bundan əvvəl – 26.11.2024-cü il tarixində müsabiqənin qısa siyahısı açıqlanmışdı.
“İlin Kitabı” müsasibiqəsinin 2024-cü il üzrə yekun nəticələri aşağıdakı kimidir:
İLİN NƏSR KİTABI
1-ci yer: Rövşən Yerfi, “Məhbəs”, I və II kitab
2-ci yer: Nazlı Çələbi, “Dəmir Yumruq əməliyyatı” roman
3-cü yer: Əli Rzazadə, “Cənab Leytenant” roman
İLİN ŞEİR KİTABI
1-ci yer: Valeh Qoca, “Yarımçıq şəkil” şeirlər
2-ci yer: Sevinc Səyyadqızı, “Nərgizlər yalan deməz” şeirlər
3-cü yer: Ayşə Feyzi, “Uzaqdan uzaq” şeirlər
Subyekt.az