![]()
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcər rayonunun Zar kəndində genişmiqyaslı tikinti və abadlıq işləri sürətlə davam etdirilir.
Subyekt.az xəbər verir ki, Hazırda kəndin daxili yollarında asfalt örtüyünün döşənməsi işləri aparılır. Eyni zamanda, kəndin müasir mühəndis-kommunikasiya infrastrukturu ilə təmin edilməsi istiqamətində mühüm addımlardan biri olan təbii qazlaşdırma layihəsinin icrasına da başlanılıb.
Həyata keçirilən infrastruktur layihələri gələcək sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsinə, nəqliyyat əlçatanlığının artırılmasına, eləcə də kəndin müasir kommunal xidmətlərlə təmin olunmasına hesablanıb.
Zar kəndində görülən işlər Böyük Qayıdış Proqramının əsas hədəflərinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi, müasir yaşayış məntəqələrinin formalaşdırılması və sosial rifahın yüksəldilməsi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin tərkib hissəsidir.
Qeyd edək ki, Kəlbəcər rayonunun digər yaşayış məntəqələrində də yol, enerji, su, rabitə və digər mühəndis-kommunikasiya infrastrukturlarının qurulması istiqamətində işlər plan üzrə davam etdirilir.



#Kəlbəcər #Zarkəndi #BöyükQayıdış #CənnətKəlbəcər
Subyekt.az