Düzü insanlar da fəsillər kimidir. Yaz kimi, qış kimi, payız kimi, yay kimi…
“Təsadüfmü ya zərurət ” bilmirəm, onu bilirəm ki, insanlar səbəbsiz qarşılaşmır.
Hər kəs həyatımızın bir qoludur. Bu qol ya bizi doğmamız kimi sarar, ya da zərbə vurub yaddaşımızda iz qoyar.
Mən əvvəllər elə zənn edirdim ki, insanlar hansı fəsildə doğulublarsa o fəsilə bənzəyirlər. Qış-kimi soyuq… Yaz- və yay kimi isti.
“Payız fəsil deyil, tablodur”. Payız fəslinə baxanda insana elə gəlir ki, payız xeyirxahlıq, mərhəmətlik və yaxşılıq fəslidir.
Rövşən Hüseynov kimi, məsələn….
Rövşən Hüseynov Azərbaycanımızın gözəl, füsünkar, ən zəngin rayonunda Kəlbəcərdə 1 oktyabr 1978- ci ildə dünyaya göz açıb. Dağ havası udub, dağ suyu içib. Dağ adamıdır.
“Dağ adamlarının xasiyyəti dəyişmir” Rövşən müəllim uşağlığnda necə zəhmətkeş, xeyirxax, vətənpərvər, əl tutan idisə dağ adamı olaraq da eyni xarakterdə və xasiyyətdə qalıb. “Dünyanı gözəllik xilas edəcək ” yox. Mən deyərdim “Dünyanı mərhəmət xilas edəcək”
Rövşən müəllim öz ölkəsinə, öz ölkəsinin müəlliminə, yazıçısına, şairinə, sözünə-sazına, oğluna-qızına dəyər verən öpüb göz üstünə qoyan insandır.
Payız fəsli kimi gözəl insandır Rövşən müəllim. Xeyirxaxlıq tablosu kimi..
Elədiyi heç bir yaxşılqdan təmənna güdməyən, sağol gözləməyən bir insandır.
Bacardıqı qədəri ilə yoxsula, kasıba əl tutar. Ona uzanan əli geri çevirməz, şəhid ana-atalarının yanında olar, qazilərin dərdini dinləyər və bütün bunları bir insan kimi edər.
Qarabağa Dəstək Fonduna bacardıqı qədər köməklik edib ianələr göndərər, hər cümə təndir çörək evindən pulsuz çörək payladar.
Bu payız günündə Rövşən müəllimə isti günəş, xoş giləvar, bəmbəyaz buludların hər damcından bərəkət ələnən yaz yağışı, Evində -ocağında böyüdüb boya-başa çatdırdığı iğid oğullarının xeyrin görməyi arzu edirəm.
Vətənə, ölkəyə, elə-obaya yararlı vətəndaş olmağı, ataları Rövşən Hüseynov kimi EL OĞLU olmağı diləyirəm, uca Yaradandan.
NƏ YAXŞI Kİ, YAXŞILAR VAR DÜNYADA.
FİRƏNGİZ SABİRQIZI
Subyekt.az