![]()
Kəlbəcər rayonunun Tatlar kəndinin tanınmış və hörmətli ağsaqqallarından biri, kənd ictimaiyyətinin dəyərli nümayəndəsi Aydın Həsən oğlu Musayev yaşadığı Bakı şəhərində vəfat edib.
Mərhum Aydın Musayev uzun illər ərzində yüksək mənəvi keyfiyyətləri, xeyirxahlığı, insanlara olan səmimi münasibəti və ağsaqqal nüfuzu ilə seçilərək doğma Kəlbəcər rayonunun və Tatlar kəndinin hörmət qazanan simalarından biri olub. Onun vəfatı ailəsi, yaxınları və onu tanıyanlar üçün böyük itkidir.
Bu ağır itki münasibətilə mərhumun ailəsinə, övladlarına, doğmalarına və Kəlbəcər rayonunun Tatlar kənd sakinlərinə dərin hüznlə başsağlığı verir, Uca Allahdan Aydın Musayevə rəhmət, yaxınlarına səbir diləyirik. Allah rəhmət eləsin, məkanı cənnət olsun.
Subyekt.az-a yaxınlarının verdiyi məlumata görə, mərhumun dəfn mərasimi 8 iyun tarixində Müşviqabadda yerləşən Kəlbəcər qəbiristanlığında keçiriləcək.
Həmçinin mərhumun üç və yeddi mərasimləri 11 iyun tarixində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Günay” mərasim evində təşkil olunacaq.
Allah rəhmət eləsin.
Rövşən Hüseynli
Subyekt.az