
Azərbaycanda yeni futbol komandası yaradılıb. Yeni yaradılan komanda Kəlbəcər rayonunu təmsil edəcək. Elə komandanın adı da “Murov Kəlbəcər” adlanır.
“Murov Kəlbəcər”in yaradıcısı İlqar Məmmədovdur. O, özü də Kəlbəcərdəndir və Azərbaycan İdman Akademiyasının məzunudur, hazırda Buzovna qəsəbəsindəki 125 nömrəli məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışır.
Məmmədov Subyekt.aza bildirib ki, “Murov Kəlbəcər” artıq dünən ilk məşqini də keçirib. Komandanın məşqçiləri Sadəddin Əhmədov, Tamerlan Səfərli və klubun rəhbəri olan İlqar Məmmədov özüdür.
Məmmədovun dediyinə görə, “Murov Kəlbəcər”in əsas məqsədi növbəti mövsümdən Region Liqasında çıxış etməkdir. O, Kəlbəcərdən olan iş adamlarına üz tutaraq, komandaya sponsorluq, kömək etməyi də xahiş etdi. Klub rəhbəri yeni yaradılan komandanın inkişafı və Kəlbəcəri layiqincə təmsil etməsi üçün kəlbəcərli iş adamlarının yardımının çox önəmli olacağını düşünür.
Subyekt.az olaraq, Kəlbəcər futbol klubunun kollektivinə uğurlar diləyirik…
#Kəlbəcər #Futbolklubu
Subyekt.az