![]()
Kəlbəcər rayonunda ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və yaşayış məntəqələrində sanitariya-təmizlik vəziyyətinin yaxşılaşdırılması məqsədilə iməcilik aksiyası təşkil olunub.
Aksiyada Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, rayonda fəaliyyət göstərən şirkətlərin işçiləri, sakinlər və məktəblilər fəal iştirak ediblər.
İməcilik çərçivəsində Kəlbəcər şəhərində, eləcə də rayonun müxtəlif ərazilərində genişmiqyaslı təmizlik işləri həyata keçirilib, ərazilər məişət tullantılarından təmizlənib və ətraf mühitin abadlaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb.
Aksiyanın əsas məqsədi ekoloji mədəniyyətin təşviqi, ictimai məsuliyyətin artırılması, təmiz və sağlam ətraf mühitin qorunması, həmçinin Kəlbəcərin müasir şəhərsalma və abadlıq prinsiplərinə uyğun inkişafına ictimai töhfənin verilməsidir.
Qeyd edək ki, bu cür təşəbbüslər ətraf mühitin mühafizəsi ilə yanaşı, sakinlərdə doğma yurda sahiblik və məsuliyyət hissinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Təbiətimizi qoruyaq, Kəlbəcəri birlikdə daha təmiz və gözəl saxlayaq!


Subyekt.az