
Kəlbəcər rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Subyekt.az TNS-in istinadən xəbər verir ki, Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Bəylik kəndi ərazisində baş verib. “Niva” markalı 99-SU-198 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb.
Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir. Hadisə nəticəsində ölən şəxs Dadaşov Şahlar Sabir ogludur.
Qəza nəticəsində xəsarət alanlar barədə isə dəqiq məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.
#Qəza #Kəlbəcər
Subyekt.az