Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev döyüş meydanında olduğu kimi, siyasi masada da Ermənistanı üzərində tarixi qələbə qazandı. 2020-ci il 10 noyabr Bəyanatına əsasən noyabrın 25-də Kəlbəcər bir güllə atılmadan, şəhid verilmədən Prezident cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycana qaytarıldı.
Kəlbəcər rayonu tam olaraq işğaldan azad edildi. 2020-ci il noyabrın 26- da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Prezident cənab İlham Əliyevin sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu ” Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
Artıq Kəlbəcərdə böyük quruculuq və abadlıq işləri sürətlə davam etdirir. Müasir tələblərə uyğun avtomobil yolları çəkilir, yeni tunellər inşa edilir.
Rayonun elektrik enerjisi ilə tam təmin olunması üçün böyük işlər görülür. Su elektrik stansiyalarının tikintisi davam etdirilir, İstisu müalicə və istirahət mərkəzi müasir dünyamızın tələblərinə uyğun olaraq yenidən qurulur, İstisu mineral su istehsalı müəssisəsinin tikintisi başa çatmaq üzrədir. Kəlbəcər rayonunda Baş Plana uyğun olaraq məktəblər, xəstəxanalar, yaşayış binaları inşa edilir. Yaxın vaxtlarda Kəlbəcər ilk sakinlərinə əbədi olaraq qucaq açacaq. İşğaldan azad edildikdən sonra Prezident cənab İlham Əliyev bir neçə dəfə Kəlbəcərə səfər edib.
Subyekt.az