![]()
2026-cı il 20 aprel tarixində Kəlbəcər rayonunun Nadirxanlı kənd sakini, 19 iyun 1952-ci il təvəllüdlü Məlikova Nubar Süleyman qızı Gəncə şəhərində vəfat etmişdir.
Nubar Məlikova 1976-cı ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili ixtisasını bitirmiş, təyinatla əmək fəaliyyətinə Kəlbəcər rayonunun Quzeyçirkin kəndində müəllim kimi başlamışdır. Daha sonra rayonun İstibulaq kəndində pedaqoji fəaliyyətini davam etdirmiş, həmçinin Kəlbəcər Rayon Maarif Şöbəsində inspektor vəzifəsində çalışmışdır.
1993-cü il 2 aprel tarixində Kəlbəcər rayonunun Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmasından sonra ailəsi ilə birlikdə Gəncə şəhərində müvəqqəti məskunlaşmışdır.
Nubar Məlikova öz nümunəvi davranışı, yüksək mədəniyyəti, dərin biliyi və pedaqoji fəaliyyəti ilə cəmiyyətdə böyük nüfuz qazanmış, hər zaman ziyalı, kübar və hörmətli bir xanım kimi tanınmışdır. O, həm müəllim kimi, həm də bir insan olaraq ətrafındakıların dərin rəğbətini və ehtiramını qazanmışdır.
Mərhumun ailə üzvlərinə, yaxın qohumlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir, Uca Allahdan onlara səbr diləyirik.
Allah rəhmət eləsin! Ruhu şad, məkanı cənnət olsun!
Subyekt.az