
“Reket jurnalistika” yenə iş başındadır. Bu dəfə bəzi “jurnalistlər” Kəlbəcər rayon Təhsil sektorunun müdiri Namiq Rəcəbov haqqında ağlına nə gəldi onu da qələmə alır. Subyekt.az AzeriPressdə yayımlanan yazını təqdim edir.
Biz isə çalışıb bəziləri kimi eşitdiklərimizə yox, gördüklərimizə əsaslanaq. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin.
Həyatda elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”.
Belə insanlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, bacarıqlı təşkilatçı, istedadlı pedaqoq Namiq Rəcəbovdur.
Azərbaycanda müəllimlərin hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu öndərimiz Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb.
Bu gün ölkəmizdə təhsilə verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı təhsilimizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər təhsil sistemində uğurlu islahatlar aparılmış, təhsil ocaqlarının maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür.
Bu gün Namiq Rəcəbovun rəhbərlik etdiyi Kəlbəcər Təhsil Sektorunun fəaliyyəti də buna bariz nümunədir.
Görülən işlər nəticəsində burada pedoqoji kollektivin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Namiq müəllim burada ilk olaraq sağlam mühit yaradıb. Əmək intizamına ciddi əməl olunur.
O, hər zaman rəhbərliyin verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq kollektivin problemlərinin həllinə böyük qayğı ilə yanaşır.
Yorulmadan çalışır, zəhmət çəkir. Hər kəsə bəllidir ki, Namiq müəllim xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır.
Doğma Qarabağ torpağımız işğaldan azad ediləndə onun sevinci yerə-göyə sığmırdı.
O, harda olmasından asılı olmayaraq hər zaman və hər yerdə mənsub olduğu el-obanın problemləri ilə maraqlanaraq, onların həll olunmasına yardım göstərib.
Öz işində sözün əsl mənasında fərqlənməyi bacarıb, pillə-pillə addımlayaraq irəliyə getməyə nail olub.
Yorulmadan çalışır, zəhmət çəkir. Onu tanıyan kəsə bəllidir ki, Namiq Rəcəbov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır.
O, elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan insandır ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.
O, insanlara diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, dövlətimizə və Prezidentimizə inamı artırır!
El hörməti qazanıb. Heç kəsi özündən incik salmır, eli-obası yolunda şam kimi yanır. Ömür yollarında dolub boşalsa da, həyatda amalı yalnız halallıqdır. Elə buna görə də başıuca, alnıaçıq yaşayır.
Təəssüf ki, bəziləri onun uğurlarını görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Onu gözdən salmaq üçün şantaj və iftira dolu söhbətlər edirlər. .
Bir elin, obanın təəssübünü çəkən fədəkar bir insan kimi tanıdığımız Namiq Rəcəbov haqqında bəzən bədhaqları tərəfindən yayılan böhtanlara cavab olaraq gerçək olanı deyək:
Namiq Rəcəbov təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında?
Adamın saf, təmiz qəlbi var. Xalqına, el-obasına bu qədər baglılığı, ehtiyacı olanlara “Əl tutmaq Əlidən qalıb” deyə əl tutması, simsar olması həndəsi silsilə ilə artan bir sərvətdir. Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya saysız-hesabsız xeyirxah əməllərini də artırsaq (bunların da ümumi çəkisi həmin böhtançı “mirzə”lərdən ağır olar yəqin ki…) onda böyük bir xəzinə yaranar.
Bir daha qeyd edək ki, Namiq Rəcəbovun uğurlarını həzm edə bilməyən, qeyri – konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan ayaq tutar, yeriməz, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir.
Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın,həm də özlərinin xeyrinə iş görsünlər.
P.S. Xüsusi olaraq qeyd edək ki, tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Belə olan halda isə bu onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlarını atardılar. Maraqlıdır ki, Namiq Rəcəbov barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.
#Kəlbəcər #Təhsil #NamiqRəcəbov
Subyekt.az