Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonundakı sümük xəstəlikləri xəstəxanası yanır. Bu barədə “Haber Global” məlumat yayıb. Hadisənin səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.