İsrail Hərbi Hava Qüvvələrinin Qəzzada Deyr əl-Bələh şəhərində İbn Ruşd məktəbinə və Şuhada al-Aksa məscidinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb. Bu barədə “Al Jazeera” məlumat yayıb. Hava hücumu zamanı 93 nəfər yaralanıb. Məktəb və məsciddə yüzlərlə məcburi fələstinli köçkün olub. Qeyd edək ki, İsrail Ordusu Deyr əl-Bələh şəhərində HAMAS-ın komanda mərkəzinə zərbə endirdiyi barədə məlumat yayıb.
Subyekt.az