
İsrail və Livan sərhədində şiddətli atışma baş verib. Subyekt.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin oktyabrında Qəzza zolağında hərbi əməliyyatların başlanmasından bəri ən intensiv atışmalardır. İsrail rəsmiləri Livan Hizbullah hərəkatına aid silah anbarlarına ən azı 80 zərbə endirdiklərini bildiriblər. Öz növbəsində Hizbullah İsrailin şimalına ən azı 45 raket atıb.
Subyekt.az