İsrail ordusu mümkün atəşkəs öncəsi Livanın paytaxtı Beyruta genişmiqyaslı hava hücumları həyata keçirib.
Subyekt.az xəbər verir ki, Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, hücumlar nəticəsində ilkin məlumata əsasən 3 nəfər həyatını itirib, 26 nəfər isə yaralanıb.
İsrail ordusunun hədəfində Beyrutun cənubunda yerləşən Dahiye bölgəsi və şəhərin mərkəzi olub. El-Basta bölgəsində Hatemül-Ənbiya məscidinin yaxınlığındakı 4 mərtəbəli bina xəbərdarlıq edilmədən vurulub. Hücum zamanı əhali sıxlığı yüksək olan ərazidə bina tamamilə dağılıb.
Livanın rəsmi xəbər agentliyi (NNA) bildirib ki, hücum nəticəsində binanın yerləşdiyi Nuveyr küçəsində ciddi dağıntılar baş verib.
Subyekt.az