
İsrailin “El Al” aviaşirkəti AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə əlaqədar Rusiyaya uçuşları dayandırıb. Bu barədə “The Jerusalem Post” məlumat yayıb . Qeyd olunub ki, Tel-Əvivdən Moskvaya uçuşlar yaxın həftə ərzində həyata keçirilməyəcək. Bundan sonra daşıyıcı vəziyyəti yenidən qiymətləndirəcək və marşrutun mümkün bərpası barədə qərar verəcək. Qeyd edək ki, Azərbaycan hpkumət rəsmiləri tərəfindən AZAL-ın təyyarəsinin Rusiyaya məxsus hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu bildirilib.
Subyekt.az