
İspaniya Baş naziri ilk dəfə Azərbaycana gələcək, COP29-da iştirak edəcək. Bu barədə Prezidenti İlham Əliyev noyabrın 1-də İspaniya Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristina Latore Sançonun etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçısı İspaniya Hökumətinin Sədrinin COP29-da iştirakından məmnunluğunu bildirərək qeyd edib ki, bu, İspaniya tərəfindən hökumət sədri səviyyəsində ölkəmizə ilk səfər olacaq.
Subyekt.az