![]()
İsmayıllı Rayon Polis Şöbəsində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almaq istəyən şagirdlər və onların valideynləri ilə görüş keçirilib.
RPŞ-nin rəisi polis polkovniki Vüqar Əliyev Polis Akademiyasındakı təhsil imkanları və tədris prosesi barədə məktəblilərə məlumat verib.
Həmçinin akademiyanın nümayəndəsi ali təhsil müəssisəsinə qəbul qaydaları, orada kursantların hərtərəfli inkişafı üçün yaradılmış müasir şərait haqqında şagirdləri məlumatlandırıb.

Subyekt.az