![]()
Bu gün Azərbaycanın görkəmli aktyoru və rejissoru, Əməkdar incəsənət xadimi İsmayıl Əfəndiyevin anadan olmasının 116 illiyi tamam olur.
İsmayıl Əfəndiyev 1910-cu ildə Şamaxıda anadan olub. Azərbaycanın ilk peşəkar kino aktyorlarından biri olan sənətkar “Arşın mal alan”, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Səbuhi”, “Bəxtiyar” və digər filmlərdə yaratdığı yaddaqalan obrazlarla tanınıb.
Aktyorluqla yanaşı, rejissor kimi də fəaliyyət göstərən İsmayıl Əfəndiyev “Kölgələr sürünür” filminə quruluş verib, bir sıra sənədli filmlər çəkib və 200-ə yaxın xarici filmin Azərbaycan dilinə dublyajında iştirak edib.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülən sənətkar 1967-ci ildə vəfat edib.
Subyekt.az