
Bakıda intihar hadisəsi baş verib. Subyekt.az “Qafqazinfo” -ya istinadla xəbər verir ki, hadisə dünən axşam saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 9 saylı uşaq bağçasında qeydə alınıb. Belə ki, bağçada fəhlə işləyən 1981-ci il təvəllüdlü Cəlal Musayev müəssisənin qazanxanasında özünü asıb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Subyekt.az