
Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 11-18 may tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 43 avtomat silahı, 3 tapança, 8 tüfəng, 15 qumbara, 1 ədəd bomba (C4), 19 alışdırıcı, 209 patron darağı, 6480 ədəd müxtəlif çaplı patron, 15 ədəd süngü-bıçaq, 1 ədəd videomüşahidə dronu və digər sursatlar, Şuşa, Füzuli və Xocalı rayonları ərazisindən isə 13 avtomat silahı, 2 qumbaraatan, 1 pulemyot və 60 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Subyekt.az