İşğaldan azad edilən ərazilərə köç edən fermerlər uşaqlarını özləri ilə apara biləcəkmi?
Məlumunuz olduğu kimi 26.04.2024-cü il tarixdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri cənab Məcnun müəllimin qəbulunda oldum. Qəbu zamanı qaldırdığım əsas məsələlərdən biri də Fermerlərin övladlarının onlarla birlikdə yaylağa köç etməsinə yaradılmış maneə ilə bağlı oldu. Bununla bağlı cənab Nazirlə ortaq fikirimiz ondan ibarətdir ki, hər bir vətəndaşın təhlükəsizliyi, xüsusi ilə uşaqların təhlükəsizliyi çox önəmlidir. Mən də Fermerlərimizdən xahiş edirəm ki, bu məsələnin necə bir həssas məsələ olduğunu anlayışla qarşılasınlar. Yəni bu məsələdə elə bir qərar qəbul edilməlidir ki, Dövlətimizin qrumları səhərisi haqsız ittihamlarla qarşılaşmasın. Dövlət də bizimdir, onun qrumu da və uşaqlarımızda!
Lakin bir reallığı cənab Nazirin diqqətinə çatdıra bildim ki, bu gün cənab Prezidentimizin diqqət və qayğısında olan Böyük Qayıdış proqramı uğurla icra edilir. Artıq 2024-cü ilin yanvar ayının 30-a olan məlumata əsasən işğaldan azad edilmiş ərazilərə 1360 ailə, 5354 nəfər köçürülüb. Həmin ailələrin özləri ilə uşaqlarını da aparıbdır. Həmin uşaqların köçürüldüyü ərazidə bu gün də mina təhlükəsi mövcuddur. Bu mina təhlükəsi bəlkə də 100 illər bizimlə birgə yaşayacaqdır. Heç kim zəmanət verə bilməz ki, həmin ərazidə yaşayan uşaq yaşadığı bölgədən 500 metr aralaşanda Allah eləməsin başına hansı hadisə gələcək. Uşaqları valideyinləri qorumağa borcludurlar. Ona görə də bu məsələ ilə bağlı Fermerlərə və onların köməkçilərinə yaradılmış bu əngəl aradan qaldırılması üçün digər dövlət qrumları, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə koordinasiyalı şəkildə işləyib bu məsələ öz həllini tapmalıdır. Bununla bağlı da cənab Nazir düzdür konkret söz vermədi ancaq bu məsələnin də gündəmdə saxlayacaqğını və imkan daxilində köməklik edəcəyinə söz verdi.
Hörmətlə Fermerin Köhnə Dostu
Əziz Qənbərov!
Subyekt.az