
İranın Suriyadakı səfirliyinin əməkdaşı Davud Bitərəf Dəməşqdə silahlı hücum nəticəsində həyatını itirib.
Subyekt.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
İran XİN Suriya müvəqqəti hökumətindən cinayətdə təqsirkar olanları tapmağı və məsuliyyətə cəlb etməyi tələb edib.
Qeyd edək ki, D.Bitərəfin idarə etdiyi avtomobil dekabrın 15-də atəşə tutulsa da, hadisə barədə məlumat yalnız bu gün verilib.
Subyekt.az