![]()
Xameneinin köməkçisindən NÜVƏ XƏBƏRDARLIĞI: “İran üçün təhlükə yaranarsa…”
“Tehran Təl-Əvivə uyğun vaxtda və lazımi şəkildə cavab verəcək”.
Subyekt.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri İranın ali rəhbərinin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazi “Əl-Məyadin” telekanalına müsahibəsində deyib.
“İran üçün təhlükə yaranarsa, nüvə doktrinasında dəyişiklik hələ də mümkündür. Nüvə silahı istehsal etmək üçün texniki imkanlarımız var və bizi dayandıran yeganə maneə ölkənin ali rəhbərinin fətvasıdır”, – deyə, Xərrazi vurğulayıb.
O, İranın raket siyasətində dəyişikliklərə də toxunub. Xameneyinin müşaviri əlavə edib ki, İran raketlərin uçuş məsafəsini artırmaqla raket proqramını da genişləndirəcək.
Subyekt.az