
Xəbər verdiyimiz kimi, İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Raket zərbələri səbəbindən İsrail, İraq, İordaniya və Livan hava məkanını bağlayıb. Subyekt.az “Qafqazinfo” a istinadən xəbər verir ki, İsrail Baş Nazirinin ofisinin müşaviri Dmitri Gendelman İsrailə 180-ə yaxın raket atıldığını və onların əksəriyyətinin dəf edildiyini bildirib. İran mətbuatında İsrailə raket hücumunun ilk görüntüləri yayılıb. Həmçinin uzaq mənzilli “Emad” raketindən istifadə olunduğu qeyd edilib.
Subyekt.az