![]()
ABŞ və İsrail İranın cənub-qərbindəki Xuzistan əyalətində iri şirin su anbarına hücum edib.
Subyekt.az Ajans.az -a istinadla xəbər verir ki, İsrail və ABŞ İranın Xuzistan əyalətində yerləşən Həftgel qəsəbəsindəki 10 min kubmetrlik su anbarını vurub.
10 min kubmetrlik su anbarı təxminən 4 ədəd standart olimpiya hovuzuna (2.500 kubmetr) bərabərdir.
Belə bir anbar 100 min nəfərin bir günlük ehtiyacını doldurmağa kifayət qədər bəs edə bilər.
Həftgel bölgəsində həmçinin İranın ən qədim neft yataqlarından bəziləri də yerləşir.
Subyekt.az